Bakıya giriş-çıxış bağlandı: Onlarla avtomobil toqquşdu – REAL KADRLAR

0
21

Ötən gün axşam saatlarından etibarən Bakı şəhəri və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, qar yağması və yolların buz bağlaması nəqliyyatın hərəkətini iflic edib.

Medonline.az xəbər verir ki, Bakıya minik avtomobillərinin giriş-çıxışı demək olar ki, dayanıb.

Belə ki, Bakı-Ələt yolunun Puta qəsəbəsi ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus qərargahının önündə 40-a yaxın avtomobil sürüşkən yolda toqquşub. Nəticədə magistralda nəqliyyatın hərəkəti tam dayanıb.

Oxşar vəziyyət Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal yaxınlığındakı hissəsində də yaranıb. Buradakı yoxuş-u qalxa bilməyən minik avtomobilləri və avtobuslar hərəkətin tam dayanmasına səbəb olub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code