Güclü zəlzələ olacaq, yeni müharibə başlayacaq, 10 mayda isə… – ŞOK PROQNOZ

0
20

Məşhur həkim və astroloq Mişel Nostradamusun öncəgörmə proqnozları 3793-cü ilə kimi davam edəcək.

medonline.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nostradamusun proqnozları haqqında araşdırma aparan ingilis mütəxəssis Bobbi Şeyler “San” qəzetinə açıqlamasında deyib.

O, Nostradamusun proqnozlarına əsasən qeyd edib ki, İngiltərə su altında qalacaq, 3-cü Dünya müharibəsi başlayacaq və güclü zəlzələlər baş verəcək:

“Hökumətlər hazır olmalıdır. Növbəti dünya müharibəsi əvvəlki iki müharibədən daha pis olacaq. Düşünürəm ki, 3-cü Dünya müharibəsi bir neçə ildən sonra başlayacaq və 25-29 il davam edə biləcək. Nostradamus daha sonra kiçik müharibələrin olacağını deyib”.

Mütəxəssis, həmçinin günəşdə böyük partlayışlar olacağını və bu vəziyyətin bütün elektron sistemlərə mənfi təsir edəcəyini də bildirib.

Nostradamusun proqnozları haqqında araşdırma aparan digər mütəxəssislər isə astroloqun mayın 10-da insanlığın sonunun gələcəyi ilə bağlı proqnoz verdiyini də qeyd ediblər:

“Bu hadisənin hansı ildə baş verəcəyi haqqında dəqiq məlumat yoxdur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code