Ermənistan AYAĞA QALXDI: saat 18:00-da İrəvan dağılacaq

0
23

Ermənistan müxalifəti hökumət binası qarşısındakı etiraz aksiyasını bu gün saat 18:00-da davam etdirəcək.

medonline.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının nümayəndəsi Qeqam Manukyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız etirazçıları deyil, yoldan keçənləri də saxlayaraq polis bölməsinə aparıb. Saxlanılanlar arasında Manukyanın oğlu da var.

Vətənin Xilası Hərəkatının koordinatoru İşxan Saqatelyana gəlincə, Manukyan onun vəziyyətinin yaxşı olduğunu, şayiələrin əksinə, həkimə müraciət etmədiyini deyib.

Qeyd edək ki, erməni polisi İşxan Saqatelyanı bölməyə aparmağa çalışsa da, müxalifət tərəfdarları onu təhlükəsizlik qüvvələrinin əlindən ala bilib. Saqatelyan və tərəfdarları sürətlə aksiya yerini tərk edib, polis onların ardınca qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu yenidən ələ keçirib, bundan sonra Saqatelyanın dodağında qan olduğunu görüblər.

Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan ekologiya naziri Romanos Petrosyanla 2 saatdan çox davam edən görüşdən sonra polis kordonunun müşayiəti ilə 3 nömrəli hökumət binasını tərk etmişdi.

***

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code