Yoxa çıxan 20 yaşlı qızın meyiti tapıldı

0
21

Türkiyənin İzmir vilayətində 15 fevral tarixində itkin düşmüş 20 yaşlı qızın meyiti tapılıb.

Medonline.az Türkiyə mediasına istinadən xəbər verir ki, 12 fevralda Menderes qəsəbəsindəki ata evini tərk edən Ayşe Nazlı Kınacının cəsədi Yarentepe adlanan ərazidəki meşəlikdə tapılıb. Gənc qızın boğularaq öldürüldüyü və meyitinin meşəliyə atılaraq üstünün otla örtüldüyü məlum olub.

Bildirilir ki, polis 20 yaşlı qızın sevgilisindən şübhələnsə də, hadisənin əslində onun yeni tanış oduğu digər şəxs tərəfindən törədildiyi üzə çıxıb. Belə ki, gənc qızın bir neçə gün əvvəl tanış olduğu T.İ adlı şəxsin maşınına əyləşdiyi məlum olub. Abvtomobil sahibi saxlanıldıqdan sonra qızı tanıdığını, onunla parkda tanış oduğunu və mübahisə zəminində qətlə yetirdiyini etiraf edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code