Şura üzvlərinə vəsiqələr təqdim edildi

0
99

Azərbaycan Respublikası medonline.az saytının redaksiyası il yarımdan çoxdur Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabir oğlu Ələkbərlinin rəhbərliyi altında fəaliyyət göstərir. Hələ ki sayt yalnız Azərbaycan dilində yayımlanır. Baş redaktor Ş.Sabiroğlunun 28 dekabr 2020-ci il tarixli əmrinə əsasən 15 nəfərdən ibarət Redaksiya Şurası yaradılıb.Şuranın sədri Azərbaycan Tibb Universiteti nəzdində Elmi-Tədqiqat Mərkəzinin əməkdaşı,  Respublikanın Əməkdar həkimi, ehtiyatda olan tibb xidməti baş leytenantı, müharibə veteranı, dosent,  ixtisasca terapevt Taryel Eyvazovdur. Şura üzvləri arasında Azərbaycan Respublikasının Əməkdar həkimi, ixtisasca ginekoloq Elmira Əliyeva, Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri, Tibb elmləri doktoru, Professor Mübariz Allahverdiyev, həkim-şair və publisist Zakir Ağdamlı(Zakir Hüseyn oğlu Əliyev), ehtiyatda olan tibb xidməti baş leytenantı, psixoterapevt Nazim Xudiyev, Qabaqcıl təhsil işçisi Firduz Əhmədov, xeyriyyəçi xanım Kifayət Bayramova (Qərənizadə), Azərbaycan Dövlət Travmatologiya və Ortopediya İnstitutunun əməkdaşı, travmatoloq Şəmistan Hacıyev, tanınmış stomotoloq Mahir Salahov, Bakı şəhər 4 nömrəli Vərəm Əleyhinə Dispanserin həkimi Təbib İbrahimov, Xocalı sakini Ayna Novruzova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Sənan İmanovun da adları var.

Fevralın 19-da Şura üzvlərinə üzvlük vəsiqələri təqdim edildi. Ş.Sabiroğlu Şura üzvlərini salamladı, qarşıda duran mühüm vəzifələr haqqında qısa məlumat verdi. Şura sədri T.Eyvazov şura üzvlərini salamladı.  Öz fikir və təkliflərini çatdırdı. Kifayət Bayramov, Nazim Xudiyev, Zakir Ağdamlı da çıxış edərək öz fikirlərini şura üzvlərinə bildirdilər. İclasda həmçinin gələcək layihələr və planlar haqqında ətraflı danışıldı. Daha sonra medonline.az saytı redaksiyası və eyni adlı İntrnet TV-nin Şura üzvlərinə vəsiqələr təqdim edildi.Sonda xatirə şəkilləri çəkildi.

Günay Cabbarova,
Könül Həsənli,
Medonline.az.
Bakı, 19.02.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code