“Noyabrın 10-da Araik vertolyotla Bakıya aparılacaqdı…” – Kazaryandan ŞOK AÇIQLAMA

0
10

Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı, aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.

Medonline.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

“Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı. Onlar isə (ruslar) istənilən halda Dağlıq Qarabağda olmalı idilər, çünki bu Rusiya Federasiyasının çoxdankı istəyi idi. Bu, o halda baş verə bilərdi ki, müharibə noyabrın 9-da dayandırılsın. Məhz həmin gün Rusiya onu dayandırdı. Ona görə də daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil. Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, ruslar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”,-Kazaryan bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code