Azərbaycanda pul üstündə qanlı dava – 3 nəfər bıçaqlandı

0
21

Mingəçevir şəhərində kütləvi dava olub.

Medonline.az xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu pul məsələsi üstündə yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü Rami Məmmədov və 1980-ci ildə anadan olmuş Elçin Əmənovu bıçaqlayıb.

Bu zaman R.Məmmədov Çingizin əlindən düşən bıçağı yerdən götürüb. O, yaralı halda olmasına baxmayaraq yerdən götürdüyü bıçaqla Çingiz İbişovun kürək nahiyəsinə 3 dəfə zərbə endirib.

Yaralıların 3-ü də xəstəxanaya yerləşdirilib. Ç.İbişovla R.Məmmədovun vəziyyəti daha ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code