Koronavirus infeksiyasının ağırlaşma mərhələsi arxada qalsa da orqanizmə, xüsusən ürəyə mənfi təsir edə bilər.
Medonline.az xarici KİV-ə istinadla xəbər verir ki, COVID-19-dan sonra ürək çatışmazlığı bütün ağır xəstələrdə və yaşlılarda eyni formada müşahidə edilməyə bilir.
Bəs, koronavirusun ürəyə təsir etdiyini göstərən əlamətlər hansılardır?
Asteniya
Fiziki yorğunluğun hiss edilməsi, ürəyin sürətli və nizamsız döyünməsi.
Aşağı təzyiq
Miyokardit zamanı ürəy döyüntüsünün zəifləməsi orqanın böyüməsinə və qan dövranının pozulmasına səbəb olur. Bu da qan təzyiqinin ani bir şəkildə düşməsinə və ürəyin şişməsinə səbəb ola bilər.