Space TV-nin yeni rəhbəri kimdir? – MARAQLI FAKTLAR (DOSYE)

0
31

Space TV-yə yeni rəhbər təyin olunub.

Medonline.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə – uzun illər Space TV-nin icracı direktoru vəzifəsində çalışıb.

O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. “Gülağa Məmmədov”, “Havalansın xanın səsi”, “Hər şey olduğu kimi. Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Lütfiyar İmanov”, “Tofiq Bakıxanov”, “Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.

Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.

Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış “Rashid Behbudov Official” rəsmi “Youtube” kanalının direktoru olub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code