Qənirə Paşayeva şəhid anası Sevinc Babayeva ilə görüşüb FOTO

0
10

Qənirə Paşayeva tək oğlu Vətən uğrunda şəhid olmuş Lerik rayon sakini Sevinc Babayeva ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi Çingiz Babayevin anası Sevinc Rəhman qızı Babayeva ilə Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Sizin yeganə oğlunuz Vətən uğrunda döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Vətəncanlı oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Çingiz 03 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayınca o da döyüşlərdə iştirak edib və 10 oktyabrda, şiddətli döyüş zamanı Suqovuşan ərazisində şəhid olub.

Oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Çingiz kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm!

İndi Çingizin bütün cəbhə yoldaşları Sizin oğlunuzdur, Siz indi yalnız Çingizin deyil, Çingizi özünə qardaş bilən, Sizin ana əlinizi öpən bütün Azərbaycan oğullarının anasısız”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code