Fransanın Lill Universitetinin alimləri mobil telefondan istifadə edərək müstəqil şəkildə koronavirus testi aparmağa imkan verən cihaz hazırlayıblar.
Medonline.az BFM-ya istinadla xəbər verir ki, cihaz flaş kartı xatırladır.
Alətə test burundan götürülən birdəfəlik yaxmadan qoyulur.
10 dəqiqədən sonra testin nəticəsi qrafik və rəqəmsal göstəricilərlə birlikdə telefonun ekranında göstərilir.
Cihazın 90% virusu aşkar edə biləcəyi iddia olunur. Artıq o tam klinik sınaqlardan keçib.
- Səhiyyə
- 10 Fevral 2021 09:00