Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs edildi

0
3

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ələkbərov 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, S.Ələkbərovun rəhbərlik etdiyi poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları vəsaitinin çatışmadığı aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıəğı) maddəsi ilə ittiham elan olunub. (trend)

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code