Kürdəxanıda faciə: Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı

0
10

“Oğlunun gəlişi münasibətilə şirniyyat bişirdi. Ancaq bəxti gətirmədi və həmin şirniyyat yasda masaya qoyuldu.”

Nurlan Elman oğlu Quliyev 1998 – ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub . O , II Vətən müharibəsinin iştirakçısıdır . Əsgər N.Quliyev , Hadrut , Xocavənd , Şuşa və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib . 2021-ci il yanvarın 14 də tərxis olunaraq evinə qayıdıb . Ancaq Nurlan digər qalib əsgərlər kimi qələbə sevincini doya-doya ailəsi ilə birlikdə yaşaya bilməyib . 3 aydan sonra evə qayıdan könüllü əsgər onu qucaqlayıb bağrına basan anası Əfqanə xanımı itirib . Nəcibə Babayeva medonline.az -a bildirib ki , bacısı Əfqanə Quliyeva 46 yaşında dünyasını dəyişib . O , 3 aydan çox idi ki , döyüşə gedən oğlunun yolunu gözləyirdi.

Ailə üzvləri , qohumlar , qəsəbə sakinləri ona təskinlik versələr də , övlad həsrətini heç nə ilə ovuda bilmirdilər . Oğlunun evə qayıtdığı gün həyəcandan yerə – göyə sığmayan ana Nurlanı bağrına basdıqdan bir neçə dəqiqə sonra ürək tutmasından dünyasını dəyişib .
Nəcibə Babayeva : ” Bir gün qabaq bacımgilə gəldim ki , Nurlani birgə qarşılayaq . Həm də Əfqanəni sakitləşdirmək istəyirdim . Üç ay yarım idi ki , bala həsrəti çəkirdi , çox darıxırdı . Övladı ilə bir gün əlaqə kəsilən kimi özünə yer tapmırdı . Deyirdi , bircə səsini eşidim ki , sağdır . Yanvarın 14 – ü həyəcanlı idi . Əlində ” Qurani Kərim ” evdə o baş- bu başa gedib – gəlirdi . Axşam oğlunu təntənə ilə qarşılayıb evə gətirdilər . Əfqanə övladını çoxlu – çoxlu öpüb bağrına basdı . Birdən bacimin halinin dəyişdiyini , boğulduğunu gördüm . Qışqırdım ki , təcili yardım çağırın . Bir saat sonra təcili yardım maşını gəldi , ancaq kömək edə bilmədilər . Bacım artıq keçinmişdi . Bizim anamız yox idi , Əfqanə mənim sirdaşım idi . Mən həm anamı, həm də dostumu itirdim.
Sabunçu rayon icra Hakimiyyətinin Kürdəxanı qəsəbə nümayəndəliyindən ailəyə baş çəksələr də, problemləri ilə maraqlanmayıblar.Ailə üzvləri işsizdir.
Ailə çox ağır vəziyyətdədir. İnanırıq ki, Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin, Kürdəxanı qəsəbə nümayəndəsi və yerli Bələdiyyə sədri fevralın 22-də Vətən Müharibəsi veteranı, Nurlan Quliyevin anası Əfqanə Babaəli qızının 40 mərasimində iştirak edəcək, ailəyə zəruri dəstək göstərəcəklər.

Şamil Sabiroğlu,
Familə Mirzəyeva.
Medonline.az saytının xüsusi müxbirləri.
01.02.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code