Millət vəkili etiraz etdi – İzahat vermək lazımdır

0
32

“Yeni il bizim üçün yeni sessiya, qələbə ilə yanaşı həm də məsuliyyət ilidir. Bu qələbəni necə təqdim etməyimiz bizim iş əmsalımızdan da asılı olacaq. Dövlət, millət xalq formulunu gücləndirmək vacibdir”.

Medonline.az xəbər verir ki, belə böyük işlərdən sonra ölkədə kammunal sahədə suyun qiyməti ilə bağlı tənzimləmələrə ehtiyac yaranır. F. Mustafa əlavə edib ki, son qələbəmizdən sonra xalqımız Ali AliBaş Komandanna inanır, etimad göstərir: “Əlbəttə bəzi qüvvələr zərbə vurmaq üçün addımlar atır. Hesab edirəm ki, öncədən hansısa addımla bağlı izah vermək, insanlara buna hazırlamaq lazımdır. Mən su, qaz, eləcədə şəhidlərlə bağlı məqamı nəzərdə tuturam. Bir məmura görə, bütövlükdə şəhid ailələrinin narazılığına səbəb oldu”.

F. Mustafa qeyd edib ki, ilk dəfədir ki, xalqımız gələcəyə böyük ümidlə yanaşır: “Yolların açılması, İran şirkətlərinin bura gəlməsinə şəraitin olması, Türkiyənin bölgədə fəallığı, Monitorinq Mərkəzində birgə fəaliyyəti əhəmiyyətlidir. Bu göstərir ki, Azərbaycan öz layihələrini qəbul etdirə bilər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code