“Kapital Bank” ASC-nin Lerik filialından cavab gözləyirik!

0
172
2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən savaş Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında haqqı olanlardan da biri Lerik rayonunun Dico kənd sakini, 1997-ci il təvəllüdlü Tahirov Firdovsi Balaxan oğludur. F.Tahirov Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix-Coğrafiya fakültəsinin IV kurs tələbəsi idi. Sonuncu kursda illik təhsil haqqını ödəyə bilmədiyi üçün Dövlət imtahanına buraxılmamışdı. Qərara gəlmişdi ki, həqiqi hərbi xidmətə yollansın, xidmətini başa vurub geri qayıdanda təhsilini başa vurar.
F.Tahirov 2019-cu il iyul ayının 23-də Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə yollandı. Öncə Gəncə bölgəsində, daha sonra isə başqa bir bölgədə yerləşən “N” hərbi hissəsində xidmət etdi. Xidməti dövründə hissə komandanlığı tərəfindən təşəkkürnamə ilə təltif edildi. 2020-ci il iyul ayının 12-də Tovuz bölgəsində Ermənistan Silahlı Qüvvələri şiddətli atışmalara başlayarkən bu hücumun qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələr cəlb edildi. F.Tahirov da xüsusi təyinatlıların arasındaydı. Sentyabrın 27-də II Vətən savaşı başlananda Firdovsinin də xidmət etdiyi xüsusi təyinatlılar qrupu Murov dağ silsiləsi istiqamətində hərəkət etməyə başladılar. Sentyabrın 30-da məlumat gəldi ki, Firdovsi şəhid olub. 1 gün sonra F.Tahirov Dico kənd qəbristanlığında dəfn edildi.
Oğlu dəfn edildikdən az sonra Balaxan Quliyevin yadına düşdü ki, Prezident İlham Əliyevin Sərəncamı ilə banklardan kreditlə pul götürən şəhid ailələri və müharibə əlillərinin borcları silinəcək. O, aidiyyəti üzrə “Kapital bank”ın yerli filialına müraciət etdi. Təəssüf ki, “Kapital Bank” ASC-nin Lerik rayon filialı şəhid atasının borcunu silməkdən müxtəlif bəhanələrlə imtina etdi. Şəhid atası 4 aydır ki, ardıcıl olaraq bankın hesabına 120 man.pul ödəyir. Bundan başqa, Lerik rayon İcra Hakimiyyəti ailənin qarşılaşdığı problemlərin həllinə yardım göstərməyib. Prezidenti Sərəncamı ilə yaradılan “Yaşat” Fondunun İşçi Qrupu Balaxan Quliyevlə görüşüb, ailənin problemləri ilə maraqlanıb. Onlar Dico kəndindəki şəraitsiz evdə ailənin yaşamasını məqsədəuyğun hesab etməyiblər.
B.Quliyevin ailə üzvləri müvəqqəti olaraq Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıblar. Biz,Xəzər rayonunun Binə qəsəbəsində müvəqqəti məskunlaşmış Firdovsi Tahirovun doğmaları ilə görüşdük. Onların qayğıları ilə maraqlandıq. Şəhid atası bildirdi ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və onun rəhbərlik etdiyi Aparat bizim qarşılaşdığımız problemlərlə maraqlanmır. Biz, üzümüzü Respublika Prezidenti Administrasiyasının rəhbəri, hörmətli Samir Nuriyevə tutub deyirik:
-Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyinə, həmçinin, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Lerik rayon Şöbəsinin əməkdaşlarına başa salın ki, ölkəmizin qalib ölkə olması
üçün əllərindən gələni əsirgəməyən şəhid Firdovsi Tahirovun ailə üzvlərinin qarşılaşdığı sıxıntıların aradan qaldırılmasına yardımçı olsunlar.
P.S.Biz, bu mövzuya yenidən qayıdacağıq.
Şamil Sabiroğlu,
Əfqan Vəlizadə
,
Arzuman Ağayev.
Azərbaycan Respublikası medonline.az saytının xüsusi müxbirləri.
24.01.2021.
 
 

 

AZƏRBAYCAN RESPUBLIKASI
“XOCALI SOYQIRIMINI TANITMA” ictimai birliyi
tel:      (+994 55) 860-48-34
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code