Mutant koronavirusun törətdiyi təhlükə – Yenidən yoluxdurur

0
27

Koronavirusun Cənubi Afrika ştammı təkrar yoluxma riski yaradır.

Medonline.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

İlkin araşdırmalara əsasən, mutant versiya peyvəndin effektivliyi ilə bağlı narahatlıq doğurur.

Qeyd edək ki, bir neçə həftədir İngiltərə, Cənubi Afrika və Braziliyada tapılan yeni variantlar virusun insan hüceyrələrinə yapışmasına imkan yaradan zülalda mutasiyaya malikdir və bu səbəbdən infeksiyanın yayılmasında əsas rol oynayır.

Cənubi Afrikadakı tədqiqatçılar tapdıqları 501Y.V2 variantını sağalmış COVID-19 xəstələrinin qan plazmasında test edib. Virus əvvəlki infeksiyadan yığılmış neytrallaşdırıcı antitellərə qarşı davamlı olub.

Mütəxəssislər bildirir ki, bir çox insanın artıq dünyada SARS-CoV-2-yə yoluxduğuna və müəyyən dərəcədə müdafiə qazandığına inanılsa da, 501Y.V2 kimi yeni variantlar yenidən infeksiya riski yaradır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code