Alimlərdən koronavirusla bağlı xəbərdarlıq – 2021-ci ilin martına qədər…

0
20

2021-ci il martın əvvəlinə qədər dünyada beş milyondan çox insan yeni koronavirusun qurbanı ola bilər.

Trend-in South China Morning Post qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Çin Xəstəliklərin Nəzarəti və Qarşısın alınması üzrə Mərkəzi, Çin Xalq Qurtuluş Ordusu və bəzi digər elmi- tədqiqat institutlarının alimləri xəbərdarlıq ediblər.

Alimlərin hesablamalarına görə, vəziyyətin xoşagəlməz inkişafı təqdirində bu il martın əvvəlinə qədər dünyada koronavirusa yoluxanların sayı 170 milyonu keçə bilər. Üstəlik, infeksiyaya yoluxma halların əksəriyyəti alimlərin 32 milyon yoluxma halı proqnozlaşdırdığı ABŞ-a düşəcək.

Tədqiqatçılar həmçinin maska taxmaq, sosial məsafəni saxlamaq və 2021-ci ilin mart ayının əvvəlinə qədər kütləvi peyvəndləmə kimi lazımı təhlükəsizlik tədbirlərinə riayət edilsə, koronavirus qurbanlarının sayının 300 min nəfər olacağını hesablayıblar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code