İlham Əliyev Şuşaya səfər edib

0
46

Şanlı Azərbaycan Ordusu 27 il düşmən tapdağı altında qalmış doğma torpaqlarımızı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində azad etdi.  Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca ermənilərdən təmizləndi.
Nəhayət Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı 2020-ci il noyabrın 8-də Ali Baş Komandandan Müzəffər Ordumuzun Şuşanı işğaldan azad etdiyi barədə xəbəri də eşitdi. 

14 yanvarda isə Ali Baş komandan Şuşaya səfəri baş tutdu.  Səfər zamanı nitq söyləyən Prezident İlham Əliyev bildirdi:

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır. ”

 




PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code