Qulaqlardakı səs-küy ciddi problemlərdən XƏBƏR VERİR

0
14

Qulaqlarda müntəzəm səs-küyün olması sağlamlıqla bağlı ciddi problemlərin mövcudluğuna dəlalət edir.

Publika.az xəbər verir ki, bu barədə Amerika tədqiqatçılarının məlumatlarına istinadən “Express” yazıb.

Alimlər müəyyənləşdiriblər ki, qulaqlarda səs-küy – tinnitus (xaricdə səs olmadan qulaqlarda səs- küyün eşidilməsi-red) orqanizmdə B12 vitamininin çatışmazlığını göstərir. O, yalnız sinir sisteminin işinə cavab vermir, eritrositlərin və dezoksiribinuklein turşusunun hazırlanmasında da rol oynayır.

Ekspertlərin iddiasına əsasən, B12 həmçinin mielinin – əsəbləri əhatə edən qoruyucu və təcrid edən qabığın istehsalı üçün lazımdır. Vitaminin çatışmazlığı sinirlər arasında əlaqənin pisləşməsinə gətirir, bu isə qulaqlarda küyün yaranmasına imkan yarada bilər.

B12 çatışmazlığı həmçinin əl və ayaqlarda uyuşma, əzələ zəifliyi və refleks itkisinə səbəb ola bilər.

Tinnitus pasiyentlər tərəfindən uğultu, fışıltı, fit, cingilti, axan su səsi kimi səciyyələndirilə bilər.

Tinnitus əleyhinə dərmanlar hələ mövcud deyil. Ancaq təcrübədə müalicənin mühafizəkar metodlarından – medikomentoz terapiya, fizioterapiya, refleksoterapiya və eşitmə aparatlarından istifadə olunur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code