Hadisə: “Tək qaldım, 4 həftə öskürdüm”

0
12

Müğənni Hadisə koronavirusu çətin keçirdiyini deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Yeni ildə baş tutan “O Səs Türkiyə”nin kamera arxasından vloq çəkib. O, vloqunda xəstə yatdığı günlərdə nələr yaşadığını ilk dəfə danışıb. Koronavirus həyəcanının onda anksiteye xəstəliyinə yol açdığını deyən sənətçi olanları danışıb:

“Çətin günlər idi, xəstəxanalıq olmadım. Bu müddəti xəstəxanalarda daha çətin keçirən insanları gördükcə şükür etdim. 2 həftə evimdə tək başıma qaldım, 4 həftə öskürdüm. Başım dəhşətli dərəcədə ağrıdı. Qusmalar oldu. 5-ci gündən sonra dad və qoxu hiss etməyə başladım. Əslində məni məhv edən qorxu oldu. TV-də izlədiyimiz dəhşətli görüntülər məni təşvişə saldı. Təşvişdən anksiyete oldum. Öskürək keçmirdi, səsimə təsir etməsindən narahat idim. Şükür ki, xəstəlik geridə qaldı. Amma anksiyete keçmədi”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code