Vaksin olunanlar koronavirusa yoluxdu, amma… – ŞAD XƏBƏR

0
31

Türkiyədə vaksinasiyaya cəlb olunan 10 min insandan sadəcə 34 nəfər koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bunu Kocaeli Universiteti İnfeksion Xəstəliklər üzrə mütəxəssis professor Sıla Akhan açıqlayıb.

Onun sözlərinə görə, ən yaxşı xəbər insanların infeksiyaya yoluxmasına baxmayaraq, xəstəliyi yüngül keçirmələridir.

Qeyd edək ki, hazırda Türkiyədə Çindən tədarük edilən “Sinovac” vaksininin 3-cü mərhələ yoxlanış sınaqları aparılır. Bu çərçivədə 13 min insana vaksin vurulması planlaşdırılır. Artıq inyeksiya olunanların antitelin səviyyəsinin yoxlanılması üçün çağırış başlanıb. Vaksin effektivlik və etibarlılıq testindən uğurla keçərsə, gələn həftə kütləvi vaksinasiya başlanacaq.

İlkin mərhələdə səhiyyə işçiləri və 60 yaşdan yuxarı şəxslərə vaksin vurulması planlaşdırılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code