İnfeksionist koronavirus pandemiyasını dayandırmağın yeganə yolunu açıqladı

0
23

Koronavirus pandemiyası yalnız əhalinin 75% -i peyvənd olunmaqla dayandırıla bilər. Odur ki, vaksinasiya ən qısa müddətdə həyata keçirilməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Beynəlxalq İnfeksiya Mütəxəssisləri Assosiasiyasının prezidenti, Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə keçmiş baş mütəxəssisi İrina Şestakova söyləyib.

Həkimin sözlərinə görə, vətəndaşların 50 %-nin peyvənd edilməsi kovidin yayılmasının dayandırılmasına kömək etməyəcək: “Ən əsası isə vaksinasiya prosesi üç ildən beş ilədək olmalı deyil. Vaksinasiyanı kifayət qədər qısa bir müddətdə həyata keçirmək və tez bir zamanda immunitet qatını yaratmaq lazımdır”, – Şestakova RİA Novosti-yə verdiyi müsahibədə deyib.

Yoluxucu xəstəliklər üzrə mütəxəssis xatırladıb ki, indi heç kim koronavirusa qarşı peyvənd edilmiş bir insanın nə qədər təhlükəsiz qalacağını bilmir. O, bildirib ki, əgər vaksinasiya 3 il ərzində aparılırsa, bu müddətin sonuna qədər immunitetin tükənməsi yüksəkdir. Odur ki, kovidin peyvəndlənmə işləri qrip əleyhinə peyvənd kimi illərlə davam edə bilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code