Nazim Xudiyev: “Azərbaycan xalqının birliyi sayəsində tarixi qələbəyə nail olduq!”

0
136

Müsahibimiz ehtiyatda olan Tibb Xidməti polkovnik-leytenantı , medonline.az saytının Redaksiya Şurasının  üzvü , doktor Nazim Rəhman oğlu Xudiyevdir.  

-Dəyərli Nazim müəllim , hər vaxtınız xeyir olsun. Mümkündürsə , ömür yolunuz haqqında oxuculara məlumat verəsiniz

-Mən həkim ailəsində doğulmuşam. 3 bacının yeganə qardaşıyam. Valdeyinlərim həkim olub. Biz də övlad olaraq onların peşə yollarını davam etdiririk. Bildirirəm ki, mən Ağdam rayonundakı Xındırıstan kənd orta məktəbini bitirib, təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirdim. Ali təhsilimi başa vurduqdan sonra  Maştağadakı 1 saylı Respublika Ruhi əsəb xəstəxanasında çalışmağa başladım. 1987-1989-cu illərə qədər Sovet ordusunda zabit , baş- leytenant vəzifəsində çalışdım. 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ordusunda fəaliyyət göstərdim. 2012-ci ilə qədər müxtəlif vəzifələrdə hərbi xidmətdə olmuşam.

-Nazim müəllim,  atanız Xudiyev Rəhman II Dünya müharibəsi zamanı xüsusi fəallıq göstərib. Bu haqda nə deyə bilərsiniz?

-Atam Xudiyev Rəhman Xudu oğlu 1916 – cı ildə Laçında anadan olub. 1941-1947-ci illərdə keçmiş Sovet ordusunda xidmət edib. Atam alman və Rus dillərində sərbəst danışırdı. O, müharibə zamanı Divizyanın  baş həkimi vəzifəsinə kimi qalxmışdır. II Dünya müharibəsində Mayor rütbəsini almışdı. Ədalət prinsipi varıydı atamda, haqsızlıqlara qarşı çıxışlar edirdi. Atam Azərbaycanın şəhər və rayonlarının əksəriyyətində çalışıb. Misal olaraq: Qonaqkənddə (İndi Quba rayonunun tabeçiliyindədir), Sabirabadda , Laçında baş həkim vəzifəsində işləmişdir. Peşəsini sevən şəxs idi, yolxucu xəstəliklərin təmizlənməsi üçün çoxlu işlər görürdü. Sovet ordusunda II dünya müharibəsi zamanı çoxlu orden, medallar əldə etmşdir.  Atam haqqında müxtəlif rəvayətlər dolaşırdı, hətta bunu özü də təsdiq etmişdi. Dediyinə görə, 1 həftə ərzində 487 yaralını cərrahi əməliyyat edib. Daha sonra halsızlıqdan huşunu itirib.

-Fəaliyyətiniz dövründə hansı uğurlara nail olmusunuz?

-İlk xəstəm Çeçenistanın Qroznı şəhərində olub. Pasient yaşlılıq psixozu ilə əlaqədar müraciət etmişdi. Müalicədən 1 həftə sonra pasient sağaldı. İlk nailiyətim bu olub.

Ailə vəziyyəti ilə əlaqədər Bakıya qayıtdım. Maştağa xəstəxanasında işləməyə başladım. Azərbaycanda psixatriya sisteminin qurulmasında müəyyən qədər rolum olub. Bölgələrdə psixoterapevtik kabinetlərin açılması və kadrlarla təminatında xeyli rolum olub.

-Əslən Laçınlısız .Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi haqda ürək sözlərinizi bilmək istəyərdik.

-Laçın mənim qanadımdır, Ağdam mənim ata yurdumdur, Şuşa mənim ürəyimdir. Mən 2 il Naxçıvanda xidmət etmişəm. Culfa yolunu keçəndə özümdən aslı olmayaraq göz yaşlarım axdı. Bu qanımızdan , canımızdan gəlir , mənim ilk həsrət göz yaşım orda olub. Mən heç düşünməzdim ki, belə bir şey olsun, amma ürəyimdə hər zaman arzulayırdım ki, torpağlarımız geri qaytarılsın. Allah Azərbaycanı bütün naz- nemətləri ilə doldurubdu. Heç bir ölkə bizim qədər zəngin ola bilməz. Bizim  Qanımız Əli qanıdır, bizim qanımızda kiməsə pislik etmək, ocağına kəm  baxmaq yoxdur.

-Müharibədən zərər çəkən zəxslər üçün “Psixoloji Dəstək Xətti” layihəsini həyata keçirirsiniz, bu haqda nə deyə bilərsiniz?

-Bir neçə qrup həkimik, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi layihə əsasında şəhid və qazi ailələrinə baş çəkirik. Ehtiyacı olan şəxslərə  kömək etməyə çalışırıq. Doktor  Zeynəb xanımla birlikdə qazilərə, şəhid ailələrinə təmannasız yardım edirik. Bir dəfə maraqlı, bir o qədərdə anormal hadisənin şahidi olduq. Ziyarət etdiyimiz şəhid ailəsində psixiatriya xəstəliyi olan şəxs var idi. Onu müalicə edən doktor 130 manatlıq resept yazmışdı, reseptə nəzər yetirdikdən sonra aydın oldu ki, xəstəyə bu dərmanların heç bir köməyi yoxudur. Biz həmin ailəyə köməklik etdik.

–Medonline.az saytının Redaksiya Şurasının üzvüsüz. Saytın tanınması , oxucu autoriyasının artması üçün nələri düşünürsüz? 

-Saytın baş redaktoru olan Şamil Sabiroğlunun mətbuat sahəsində təcrübəsi çoxdur. Şamil müəllim bu işə şəhid Milli Qəhrəmanlar-Kazımağa Kərimov və  Çingiz Mustafayevin, Alı Mustafayevin, teleoperator, şəhid Milli Qəhrəman Fəxrəddin Şahbazovun, Azərbaycanın ilk hərbi-teleoperatoru, mərhum Seyidağa Mövsümlünün, hazırda “Real TV”-yə rəhbərlik edən MirŞahinin, tanınmış jurnalistlər – Rəhbər Bəşiroğlunun, Əli Mahmudun… vaxtından başlayıb. Əminəm ki, qısa müddətdə qarşıya qoyulan bir çox vəzifələr həyata keçəcək.Biz istəmirik ki, insanlar keçmişimizi , tariximizi unutsun. Saytda Azərbaycan tibbində tanınmış şəxslər, klinikalar barədə məlumatlar, həmçinin tibb sahəsində olan problemlər işıqlandırılacaq.

Maraqlı müsahibə üçün təşəkkür edirik.

Şamil Sabiroğlu,

Familə Mirzəyeva.

Medonline.az saytının müxbirləri.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code