Qənirə Paşayeva reanimasiyada olan alimlə bağlı Kəmaləddin Heydərovla danışdı və…

0
64
Tanınmış tarixçi alimimiz Dilavər Əzimli koronavirus səbəbiylə FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alır. Hazırda süni tənəffüs aparatına qoşulmuş alimin sağlıq durumunun kritik olması ilə bağlı dostlar, media nümayəndələri, alimlər öz narahatçılığını mənimlə də bölüşür. 
 
Bildirmək istərdim ki, Dilavər müəllimin müalicə aldığı xəstəxananın FHN-nin tərkibində olmasını nəzərə alaraq, nazir Kəmaləddin Heydərovla danışdıq, dostların, ziyalıların narahatçılığını bölüşdük. Hörmətli nazir xəstəxananın baş həkimi ilə danışaraq, xəstənin vəziyyəti ilə yaxından maraqlandı və bir daha bildirmək istərdim ki, həkimlərimiz bugünədək Dilavər müəllimə (eləcə də digər xəstələrimizə) əllərindən gələn şəfqəti əsirgəmədikləri kimi, bundan sonra da öz xüsusi diqqətlərini əsirgəməyəcək, ona həssaslıqla yanaşacaqlar. Minnətdarlıqla bildirmək istərdim ki nazir alimin müalicəsinin gedişini şəxsi nəzarətinə götürmüşdür.
 
Əziz media nümayəndələrinin, ziyalılarımızın diqqətinə çatdırmaq istərdim ki, Dilavər müəllimin həyat yoldaşı Arzu xanımla davamlı əlaqədəyik və bütün narahat olan dostlardan yeganə x
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code