“Beyləqan” Ədəbi Birliyinin fəal üzvü, tanınmış el şairi Etibar Süleymanlının “Azərbaycan” adlı şeirini təqdim edirik.
Azərbaycan əsgəri
Vətən sizi unutmaz, yurdun igid, ərləri,
İstehkamlar yardınız, xalqımın gövhərləri.
Siz, qəhrəman oğullar, şanlı tarix yazdınız.
Düşməndən Qarabağı qırx dörd günə aldınız.
***
Ey, mənim şanlı ordum, düşmənə dərs verdiniz,
Bu yurdu, bu torpağı candan əziz sevdiniz.
Şuşaya, düşmən üstə yalın əllə getdiniz,
İblis, terror yuvasın darmadağın etdiniz.
***
Önünə şərt qoyanlar, indi dəyməyir gözə,
Gizlənib siçan kimi, deşikdən çıxmır üzə.
Dəmir yumruq düşmənə göstərdi öz yerini,
Azərbaycan Ordusu sındırmışdı belini.
***
Qələbə müjdəsini bəxş etdiniz bizlərə,
Örnəkdir xidmətiniz gələcək nəsillərə.
Həm şəhidim, həm qazim xalqın qəhrəmanıdır,
Ali Baş Komandanım Zəfərin memarıdır!.
Beyləqan rayonu Əlinəzərli kəndi.