Azərbaycanın ləyaqətli xanım-xatın övladı-doğum günün mübarək olsun!

0
108

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Humanitar Məsələlər Şöbəsinin müdiri (ictimai əsaslarla), medonline.az saytının Redaksiya Şurasının üzvü Kifayət Nurəddin qızı Qərənizadənin (Bayramova) 50 illik yubileyidir. Əslən Gürcüstanın Borçalı mahalından olan Kifayət xanım Azərbaycanın vətənpərvər və istedadlı insanlarından biri-Kərbəlayi Qurban Bayramovla ailə həyatı qurub. Elşən (28 yaş) və Günel (22 yaş) adında 2 övladları var. Etiraf edək ki, Azərbaycanda Kifayət xanım Qərənizadə kimi sözü ilə əməli bir olan insan çox azdır. Kifayət xanım ailəsi, övladları ilə birlikdə mütəmadi olaraq imkansız ailələrə, şəhid ailələrinə, qazi və əsgər ailələrinə baş çəkir, zəruri maddi və mənəvi dəstək göstərir. Fəxr edirik ki, ürəyi təmiz, arzuları böyük olan Kifayət Qərənizadəni şəxsən tanıyırıq, onunla əməkdaşlıq edirik.
Kifayət xanım müqəddəs Həcc, Kərbəla, Məşhəd ziyarətində olub.
Doğum günün-yubileyin mübarək olsun, dəyərli Hacıxanım Kifayət Qərənizadə!


Hörmətlə,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı: Şamil Sabiroğlu(Ələkbərli);
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında İctimai Şuranın katibi, ATU-nun dosenti, medonline.az saytının Redaksiya Şurasının sədri, Respublikanın Əməkdar həkimi, müharibə veteranı: Taryel Əli oğlu Eyvazov.
Bakı şəhəri, 02.01.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code