Şamil Sabiroğlu qazilərlə görüşdü!

0
67

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, “Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”yubiley medalının mükafatçısı, “İlhamlı Azərbaycan” döş nişanına layiq görülən müharibə veteranı, jurnalist Şamil Sabiroğlu II Vətən savaşında iştirak edən soydaşlarımızla görüşdü. Görüşdə Laçın rayonunun Alxaslı kəndindən məcburi köçkün, SOCAR-ın tabeçiliyindəki “Azneft” İstehsalat Birliyinin əməkdaşı Əjdər Ləzgi oğlu Hümmətov, Şamaxı rayonunun Məlcək kənd sakini Mirmövsüm Novruz oğlu Eynalov, Gədəbəy rayonunun Xarxar kənd sakini Novruz Ədalət oğlu Gözəlov və şəhid Xıdır Sədrəddin oğlu Cabbarovun nəvəsi, 3 yaşlı Cəlal Cabbarlı iştirak edirdi. Ermənistanın-Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən 2020-ci ilin sentyabr ayının 27-dən başlanan uğurlu döyüş əməliyyatlarından söhbət açan natiqlər, son döyüşlər zamanı Silahlı Qüvvələrin qələbəsini xüsusi vurğuladılar. Şamil Sabiroğlu həmçinin,  medonline.az saytı və eyni adlı İnternet Televiziyası üçün qonaqlardan müsahibə götürdü.

Şamilə Şamilqızı,

Günay Cabbarova,

Medonline.az saytının müxbirləri.

31.12.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code