Azərbaycan xalqının Sizin kimi xeyirxah insanlara çox ehtiyacı var, Nərgiz xanım!

0
68

ə Fransua Shaplen kimi məşhur pianistlərin  ustad dərslərində bir neçə dəfə iştirak edib. 2003-cü ildən Bülbül adına Musiqi Məktəbində pedaqoji fəaliyyətə başlamış, 2009-cu ildən Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrində pianist-konsertmeyster kimi çalışmışdır. 2010-cu ildən Azərbaycan Milli Konservatoriyasında konsertmeyster olaraq işləmişdir.  Nərgiz xanım Azərbaycan musiqi mədəniyyətini bir çox xarici ölkələrdə ləyaqətlə təmsil edir. Hazırda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktorudur. N.Əliyeva 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Respublikasının Əməkdar Artisti”adına layiq görülüb. 2019-cu ildən Respublika Prezidentinin Təqaüdçüsüdür.

Nərgiz xanım da ata-anası kimi xeyirxah əməl sahibidir. O, musiqi sahəsində qazandıqları ilə imkansız ailələrə yardım edir. Eyni zamanda, N.Əliyeva bir neçə rəfiqəsi ilə 2020-ci il sentyabr ayının 27-də başlanan əks-hücum əməliyyatlarında iştirak edən ərənlərimizə baş çəkib, onlara maddi dəstək göstərib. Buna misal olaraq kifayət qədər faktlar söyləyə bilərik. Nərgiz Əliyeva, 2020-ci ildə “Humay” mükafatına, eyni zamanda, “İlin aktiv gənci” diplomuna layiq görülüb. Nərgiz xanım ailəlidir, 3 övladı var: Zümrüd, İsrafil və Uğur Əlizadə bacı-qardaşları.

Azərbaycan xalqının Sizin kimi xeyirxah insanlara çox ehtiyacı var, Nərgiz xanım!

Şamil Sabiroğlu,

 Familə Mirzəyeva,

Medonline.az saytının xüsusi müxbirləri.

 31.12.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code