Qırılmış minlərcə qəlb! Atalarının zəngini gözləyən uşaqlar. Övladının qoxusu üçün darıxıb canına qəsd edən valideynlər. Həyatı sönmüş qadınlar. Dərd çəkməkdən qəlbi parçalanmış bu insanların.Ozləməkdən, gözləməkdən gozleri saralmış bu insanların.Həsrət çəkməkdən könülləri qırılmış bu insanların. Ah şəhidim. Getdin, mənim də yarımı apardın. Getdin canımdan can qopardın. Nur kimi işıq saçan günlərimi qara zülmətli günə bürüdün. Saçlarımı dərddən ağartdın. Qocaltdın meni sən, ay şəhidim.Cavanlığımı puç etdin, ay şəhidim. Xoşbəxtliyimə son qoydun. Unudarammi heç səni? Mümkünmü səni unutmaq? Yox şəhidim, yox unutmaq olmaz sizləri. Qanınız hələ vətəndədir. Bəziriniz soyuq meşələrdə qarın yağışı, boranın altında cansız bədəniniz ilə sonsuz yuxuya dalmısınız.Siz olməmisiz! Siz dərin və sonsuz yuxuya dalmısınız. Siz bizim qururumuz, fəxrimizsiniz. Siz biz rahat yaşayaq deyən cavanlığınızdan həyatınızdan keçdiniz. Qanınızı vətən torpağında qoyub Allaha yollandınız. Ruhunuz şad olsun, şəhidlər. Qarşınızda baş əyirik!!!
Aylin Arazqızı
2010-cu ildə Lənkəran şəhəri Şağlaser kəndində anadan olmuşdur!
Hal-hazırda təhsilini Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 saylı tam orta liseyində alır.