SOCAR-dan bu səlahiyyət alındı: Yeni yaradılmış qurum… – Şərh

0
43

“Azərbaycanda qaz təchizatı ilə bağlı bəzi öhdəliklər Baş nazirin imzaladığı qərarla 2021-ci il yanvarın 1-dən yeni yaranmış Dövlət Kontrakt Korporasiyası (“Azərkontrakt”) Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Beləliklə, Azərbaycanda daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili ilə “Azərkontrakt” ASC məşğul olacaq”.

Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O qeyd edib ki, hər il üçün təsdiq olunan yanacaq-enerji balansına uyğun olaraq ixrac üçün nəzərdə tutulan qaz həcmləri istisna olmaqla, daxili bazara yönəldilən qaz həcmlərinin hazırlanması, nəqli, saxlanması və satışı üzrə əməliyyatların həyata keçirilməsi kimi mürəkkəb bir işin bir qurumun (SOCAR) əlində cəmlənməsi düzgün qərar deyildi:

“Bu barədə dəfələrlə təkliflərimi də vermişəm. Yeni yaradılmış qurum ölkənin dayanıqlı qaz təchizatının təmin edilməsinə, abonentlərə vaxtında sabit təzyiqli və təsdiq edilmiş standartlara (istehsalçı ilə bağlanmış müqavilənin şərtlərinə əsasən) uyğun keyfiyyətli qaz təchizatına təkan verəcək.

Eyni zamanda daxili istehlaka yönəldilmiş (əhali və sənaye qrupu) qaz həcmlərinin illik dəqiq uçotuna, qaz infrastrukturunda (qaz nəql sistemi və yeraltı qaz anbarları) texniki sərfiyyat və itkilərin (İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi normaya uyğun) dəqiq uçotuna aydınlıq gətiriləcək”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code