Əməkdar artist, xanəndə Qoçaq Əsgərova ağır itki üz verib. Belə ki, günorta saatlarında xanəndənin anası Diləfruz əsgərova dünyasını dəyişib.
Xanəndə özü bu haqda Moderator.az-a danışıb.
“Anam uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Həm də ürəyində problem var idi, infarkt olmuşdu. Bundan əlavə koronovirusa da yoluxmuşdu və bu da onun ölümünü tezləşdirdi” deyə xanəndə bildirib.