Şamil Sabiroğlu: Bakıda keçirilən Zəfər Hərbi Paradı Azərbaycan xalqının halal haqqıdır!

0
112

Tanıtma: Şamil Sabir oğlu Ələkbərli 1965-ci il avqust ayının 7-də Salyan şəhərində doğulub. Ali təhsilli jurnalistdir. Uşaqlıq və gənclik illəri Salyan rayonunun Yenikənd kəndində, həmçinin Bakıda keçib. Şamil müəllim 1988-ci il noyabr ayının 17-də Bakıda başlanan Azərbaycan Milli Azadlıq hərəkatının fəallarındandır. O, 1989-1994-cü illərdə könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.Eyni zamanda, böyük tirajla nəşr edilən “Səhər” gündəlik informasiya qəzetinin və “Azərbaycan Ordusu” qəzetlərinin müxbiri vəzifəsində çalışıb.Şamil müəllim, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, Şuşa və Laçın faciələri haqqında ölkə mətbuatında ilk həqiqi xəbəri verən jurnalistdir. 2007-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyini yaradıb, hazırda həmin Təşkilatın sədri, medonline.az saytının baş redaktorudur. Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildə “Tərəqqi” medalına, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülüb. Müharibə mövzusunda 2 kitabın müəllifi, 3 sənədli filmin ssenari müəllifi və layihə rəhbəridir. Müharibə veteranıdır.

Şamil müəllim, xoş gördük Sizi. Mümkünsə 1988-ci ilin fevral ayında başlanan Ermənistan -Azərbaycan, həmçinin, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verəsiniz.

 -1988 ci il fevral ayının 12 də Daşnaq tör – töküntüləri olan erməni terorçuları Dağlıq Qarabağın Ermənistana birləşməsi üçün yürüş və mitinqlərə başladılar. O Zamanki SSR rəhbəri erməni terorçularını dəstəkliyir və onlara yardım edirdi. Azərbaycanlılardan  bütün silahlar alınırdı , ermənilər isə silahlandırılırdı.. Nəticə etibarıyla Dağlıq Qarabağdan əlavə olaraq digər rayonlarımızda erməni terorçuları tərəfindən işğal olundu. Mən Xocalı soyqırımının , Şuşa və Laçının alınmasının canlı şahidiyəm. Erməni terorçuları və onların havadarları dinc əhaliyə belə aman vermirdilər. Xocalı soyqırımında dinc əhaliyə , qız-qadınlara, körpələrə , qocalara aman verməmiş , onlara zülm etmişlər. Hətta mənim görmədiyim kadrlardan , dostlar deirki orda Əhməd adında Ahska türkü olub , o Xocalı sakiniymiş  onun başını kəsib , süngüyə keçirərək  Azərbaycan xalqına göstərirmişlər. Bizimkilər isə əksinə idi , mən bir neçə dəfə erməni əsirlərini Azərbaycan əsirləriylə dəyişən məsələdə iştirak eləmişəm . Azərbaycanlılar əsirləri elə saxlıyırdılarki bir erməni əsiriylə bir neçə Azərbaycanlı əsgərini geri qaytara bilirdik.

Necə oldu ki, Ermənistan-Azərbaycan sərhəddinə və Dağlıq Qarabağa yola düşdünüz?

– Mən əslən qarabağlı deyiləm. 1990-cı ilin mart ayında Xocalıya rayon-şəhər statusu verildi.  Məlumat daxil olurdu ki, Xocalıda vəziyyət pisdir, kömək lazımdır. Mən o zaman Respublika komsomolunun birinci katibi olan Sahib Ələkbərovun (hazırda Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavinidir) yanına getdim. Sahib müəllimlə görüşdük, razılaşdıq və bir dəstə yaratdıq. Dəstənin adını “Şah İsmail Xətai adına könüllülər dəstəsi” qoyduq.  Beləcə yollandıq Xocalıya.

– Siz Xocalı soyqırımı haqqındaAzərbaycan mətbutında  ilk məlumatı verən jurnalistsiz bunun haqqında nə danışa bilərsiz?

 Bəli, qismət belə gətirdi ki, Xocalı faciəsi haqqında Azərbaycan mətbuatına ilk məlumatı və fotonu göndərmək mənim taleyimə yazıldı. Amma orada məndən başqa da müxbirlər var idi…

 Yaralı, meyid daşımaqdan qan içində idik. Həm də gördüklərimizdən dəhşətə gəlmişdik. Fevralın 26-da axşama qədər özümdə olmadım. Axşam qəfil ayıldım ki, axı mən həm də müxbirəm, Bakıya xəbər verməliyəm… Məlumat verəndə bir səhvim onda oldu ki, Xocalının icra başçısı Elman Məmmədovun da həlak olduğunu dedim. Bu, səhv idi. Çünki içəridən xəbər gəldi ki, Elman müəllim də yaralanıb və orada qalıb. Mən də Bakıya məlumatı elə verdim.

Bakıda mənə inanmadılar… Dedilər, nə danışırsan, axı deyirlər, cəmi iki nəfər ölüb. Az qala Dəli olacaqdım , ay kişi, nə iki!? Tofiq ölüb, Əlif ölüb, Rövşən ölüb… Elə təkcə gözümlə gördüklərimi sadalayırdım… Ağdama nə qədər meyit gətirmişik. İki nəfər nədir? Azından elə hərəmiz 30-40 meyit daşımışıq… Hələ nə qədər adamdan da xəbər yoxdur… Dedilər yox ey, ola bilməz!

 …Və onda mən ağladım… Bu gün kimi yadımdadır, hönkürüb ağlayırdım… Deyirdim, “Hidayət bəy, (baş redaktorun müavini, şair-publisist Hidayət Elvüsal) mənə, bölgə müxbirinə inanmırsınız? Mən Ağdamın rabitə şöbəsinə nə müsibətlə gəlmişəm… Burada insanlar təlaş içindədir, şəhər məscidi meyitlərlə dolub… Siz mənə inanmırsınız? Sizə deyirəm, Xocalı işğal olunub… Sizə deyirəm ölənlərin sayı-hesabı yoxdur… Nə qədər xocalılını girov götürüblər… Orda artıq özümü itirmişdim, onda dedim ki, Elman Məmmədov da həlak olub… İnanın ki, artıq başım işləmirdi… Gözləməyə halım yox idi ki, Elman Məmmədov gələnlərlə gələcək, ya yox. Adam öldürməyə hazır idim…

– 1990-1992-ci illərdə yaşananlardan danışdınız. Bəs  Xocalı ilə bağlı təşkilatı yaratmaq prosesi necə oldu?

– Xocalı ilə bağlı mətbuatda yazılarım gedirdi və Xocalı soyqırımının ildönümlərində tez-tez televiziyalara, tədbirlərə dəvət olunurdum.  Bir dəfə dostumuz, Dünya Azərbaycan Gənclərinin Həmrəllik Cəmiyyətinin rəhbəri Tofiq Əlizadə mənə dedi ki, Şamil, sən onsuz da bu işləri görürsən, amma pərakəndə halda, bəlkə bir təşkilat yaradasan. Baxdım ki, çox maraqlı fikirdir, ideyadır. Bu söhbət 2006-cı ildə olub.

-Xarici ölkələrdə Qarabağ faciəsi, Xocalı soyqırımı haqqında hansı tədbirlər keçirmisiz?

biz xarici ölkələrdə bu mövzu ilə əlaqədar tədbirlərin keçirlməsi ilə fəal işləyirik. Son üç il ərzində – 2017 2020-cı illərdə dövlətdən bir qəpik almadan çox böyük tədbirlər keçirmişik. 2015-ci ilin dekabrında bizim təşkilatın sədr müavini Dilbər Sultanova və təşkilatın Gəncəbasar bölgəsinin  sədri, Qarabağ qazisi  Aqil Məmmədov Türkiyədə oldular. Onlar İzmir şəhərinin bələdiyyə başçısı ilə görüşmüşdülər. Görüşdə qərara alınmışdı ki, İzmirdə Azərbaycan-Türkiyə parkı açılsın və orada Xocalı qurbanlarının şərəfinə abidə qoyulsun. 2016-cı il fevral ayının 27-də  həmin abidə açıldı. İddia etmək olmaz ki, Türkiyədə hamının Xocalı soyqırımı ilə bağlı məlumatı var. Uşak şəhərində bizim Xocalı hadisələri ilə bağlı çıxışlarımızdan sonra  çox böyük ajiotaj yarandı və qısa bir müddət sonra Xocalı qurbanlarına abidə qoyuldu. Abidənin üzərinə  “Xocalı soyqırımının qurbanlarına” sözləri yazılmışdı. Yəni soyqırım sözü işlədilmişdi, amma ermənipərəsət qüvvələrin təhriki  ilə soyqırım sözü silindi.

Qazi olaraq Tarixi qələbəmiz haqqında nə deyə bilərsiniz?

 – 28-29 ildiki Azərbaycan xalqı bu torpaqlardan çıxmışdı. Azərbaycan xalqı çox çətin vəziyyətdəydi, Bir milyon qaçqın və məcburi köçkünün ehtiyaclarını ödəmək , onların mənzil şəraitinin yaxşılaşdırılması, ordunun qirulması həmçinin xaricdə keçirilən tədbirlər dövlət üçün çətiniydi, buna baxmayaraq Ümumilli lider Heydər Əliyev  tərəfindən qoyulan missiyanı onun layiqli dəvamçısı olan İlham Əliyev dəvam elətdirə bildi. Qonşu dövlətlərin Türkiyənin , Pakistanın da bizə mənəvi dəatəyi oldu. Qazi olaraq xalqımla qürur duyuram .Azərbaycan vətəndaşı olduğum  üçün qürur duyuram!

Hazırda həm də Medonline.az saytında rəhbərlik edirsiz bu haqda nə deyə bilərsiz?

 -Saytın qurucusu tanınmış jurnalist Gülnar Orucdur . Onun təklifinə əsasən mən 2019 cu il oktyabrın 18 də bu sayta rəhbərliyi öhdəmə götürdüm . Əslində tibbi sahədə fəaliyyət göstərməliyik lakin ölkə və dünya xəbərləridə burada yer alır. 2021 ci ilin yanvar ayından etibarən ölkədə icbari tibbi sığorta tətbiq olunacaq . Biz , əhali arasında maarifləndirmə işləri aparırıq, məqsədimiz odurki dünya səhiyyəsində olan yeniliklər Azərbaycana tətbiq olunsun . Biz adəti orqanlarla əməkdaşlıq etməyə başlamışıq inanıramki zəhmətimiz yerdə qalmayacaq.

Maraqlı müsahibə üçün çox sağ olun……..

 Müsahibəni apardı: BDU-nun tələbəsi Mirzəyeva Familə

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code