“Ruslar çalışırlar ki, Şuşa istiqamətində…” – Bölgədə kritik gəlişmə

0
34

“Rusiyanın ermənilərin tərksilah olmasına cavbdehliyi məsələsi qaldırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert Hadrutda erməni terrorçularının Azərbaycana qarşı həyata keçirdikləri terror aktına diqqət çəkib:

“Hadrut istiqamətində baş verənlər, erməni diversantlarının hücumu nəticəsində Azərbaycan əsgərlərinin şəhid olması və yaralanması bir neçə məsələni gündəliyə gətirir.

Birinci, Rusiya sülhməramlıları nə dərəcədə öz missiyalarına sadiqdirlər? Rusiya sülhməramlıları erməni diversiyalarına görə məsuliyyətini dərk edirmi? Moskva ermənilərə xəbərdarlıq edəcəkmi, onları başa salacaqmı, yoxsa susmaq, yaxud yayınmaqla gələcək təxribatlara da həvəsləndirəcək?

İkinci, Azərbaycan tərəfi bu insidentləri tam araşdırmalıdır. Əgər doğurdan da bu diversantlar noyabrın 10-dan sonra bölgəyə gəliblərsə, müvafiq addımlar atılmalıdır.

Bu diversantların təchizatı necə həyata keçirilir, onlar haradan komanda alırlar, ruslarla hər hansı bir bağlantı varmı? Bu suallarla bağlı Azərbaycan ictimaiyyətinə də məxfiçilik məsələləri nəzərə alınmaqla məlumat verilməlidir. Ən azı ümumi şəkildə icmal verilməlidir.

Aydındır ki, Qarabağda hazırda əsəb müharibəsi gedir, Rusiya sülhməramlıların 23 müşahidə məntəqəsi və Laçın dəhlizinə nəzarətlə kifayətlənmək istəmirlər. Əminliklə demək olar ki, ruslar bütün bölgəyə nəzarət imkanı verən, xüsusən Şuşa istiqamətində daha əlverişli mövqelərdə mənzillənməyə çalışırlar. Bu məqsədlə müxtəlif təxribatlar ola bilər. Yəni bu ehtimal olunandır.

Amma tələsik nəticə çıxarmaq da lazım deyil, Tovuzdakı iyul hadisələrini yada salsaq məlum olur ki, bəzən təsadüflər çox rol oynayır. Ancaq istənilən halda Rusiyanın ermənilərin tərksilah olmasına cavabdehliyi məsələsi qaldırılmalıdır. 10 noyabr Bəyantına sadiqliyi məsələsi də qaldırılmalıdır. Amma təmkinlə, daha pafos və panika ilə yox”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code