Azərbaycanda koronavirusdan 45 nəfər öldü

0
39

Azərbaycanda koronavirus infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib. Hazırda 43 241 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764, bu günə qədər isə ümumilikdə 2 153 562 test icra olunub.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code