Qarabağ qazisindən təşəkkür məktubu almışıq!

0
261

 Xəyal Xələfov Bakı şəhərində yaşayır. 1973-cü ildə doğulub. 1992-1996-cı illərdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xəyal bəy Laçın, Kəlbəcər, Ağdam və Füzuli bölgələrinin müdafiəsində iştirak edən oğullardandır. 1994-cü il fevralın 13-16-da Kəlbəcərdə mühasirədən salamat çıxan 5-10 nəfərdən biri və müharibə veteranıdır. Bu günlərdə Xəyal bəyin idarə etdiyi minik avtomobilində baş vermiş nasazlığı aradan qaldırarkən partlayış baş verib və onun üz-göz nahiyyəsi çox pis vəziyyətə düşüb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşlarının dəstəyi ilə Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Xəstəxanasının Qəbul şöbəsində “Buynuz qişasının cərrahiyyəsi və transplantasiyası şöbəsi”nin həkimi xanım Xuraman Ramazanova tərəfindən xüsusi hörmət və qayğı görüb. Hətta həkim X.Xələfun xəstəxanada yerləşdirilməsinə kömək etmək istəyib.Xəyal evdə müalicə alacağını bildirib. Xəyal deyir ki, doktor Xuraman Ramazanova dərmanların alınmasına da kömək etdi. X.Xələfov, Dr. Xuraman Ramazanova medonline.az saytı redaksiyası vasitəsilə təşəkkür edilməsini xahiş etdi. Biz, ölkə səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan cəfakeş tibb işçilərinə, o cümlədən doktor Xuraman Ramazanovaya medonline.az saytı redaksiyası adından təşəkkür edrik. Var olun, dəyərli doktor Xuraman Ramazanova!

Hörmətlə,

Şamil Sabiroğlu, medonline.az saytının baş redaktoru,

“Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı,

müharibə veteranı. Bakı, 26.12.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code