Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadılıb

0
44
Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti uzadılıb.
 
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
 
Fərmana əsasən, Fondun fəaliyyət müddəti 2021-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.
 
Əvvəl bu müddət 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.
 
Eyni zamanda fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları açılacaq. Əvvəl yalnız fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılırdı.
 
Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında və bank hesablarında qalan xərclənməmiş vəsait tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsi işlərinin maliyyələşdirilməsinə yönəldiləcək və ya dövlət büdcəsinə qaytarılacaq.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code