“6 manatlıq kleksanı 60 manata, 40 manatlıq favir-piraviri “qara bazar”da 500 manata satırlar”

0
27

“Xəstəxanalara verilən dərmanları da ələ keçirib, onu çarəsiz durumda olan xəstəyə 20-30 dəfə baha satmaq Qələbəmizə kölgə salmaqdır, ən ağır cinayətdir”

Moderator.az millət vəkili Zahid Orucun parlamentdəki çıxışını təqdim edir:
 
Hörmətli sədr və hökumət üzvləri,
 
1. Biz ilk dəfədir torpaq bütövlüyüz şəraitində 2021-ci ilə qalib millətin və dövlətin büdcə sənədini qəbul edirik. Təklif edirəm ki, bu ali maliyyə sənədində Xankəndi, Xocavəndi, Xocalı və Ağdərənin də adı ayrıca sətirlə sənəddə göstərilsin. Bəli, həmin maddələrin işləməsi müəyyən zaman alacaq, lakin biz iqtisadi sənədlərimizdə artıq keçmişdə mövcud olan yarımçıqlığı, qeyd şərtlər qoymağı aradan qaldıra bilərik!
 
2. Büdcə layihəsində Vətən Müharibəsi Şəhidlərin uşaqları üçün müavinət xərclərində 19% artım nəzərdə tutulur. Şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının sosial-psixoloji və Postmüharibə sindromu adlanan problemləri həll etmək üçün Xüsusi Mərkəzlərin  yaradılmasını və onun maliyyələşdirməsi lazımdır. Çünki 21-ci əsrin müharibəsi adlandırdıgımız son savaşın itkiləri də bir çox xüsusiyyətləinə görə əvvəlki müharibəlrdən fərqlənir.Düşünürük ki, 20 yanvar və Şəhidlərin anım günü ilə baglı son qərar-27 sentyabr qərarını bütün müstəqllik dövrümüzün, hətta Cümhurriyyət şəhidlərini əhatə etdiyini nəzərə alaraq, vahid anım günü kimi onu bəyan etmək olar. Şəhid adının əbədiləşdirilməsi ilə baglı 1994-cü ildən sonra qoyulan məhdudiyyət aradan qalxmalı, qaydaların sadələşdirilməsi və onlara güzəştlər vacibdr. Ümidvarıq ki, YAŞAT fondunun sayəsində şəhid ailələrinin ev, nəqliyyat vasitəsi və dövlət tədbirlərində ön cərgələrində yer verilməsi vahid bir protokol qaydası kimi qəbul ediləcəkdir..
 
 
3. Bizim qanunvercilik bazamız əmək müqavilələrilə işləyənləri işsizlikdən sığortalayır. Nəzərə alın ki, bizdə iqtisadi fəal əhalinin hər 3 nəfərindən yalnız 1-i əmək müqaviləsilə çalışır.Yəni, iqtisadi fəal əhalinin 65 fazindən çox hissəsi pandemiya və digər böhranlar zamanı həmin gərginliyi öz üzərilərində daha çox hiss edirlər, sosial müdafiədən məhrum olurlar. Ona görə də ölkəmizdə işsiziliyin obyektiv qiymətləndirlməsi meyarlarını, nəhayət yaratmaq lazımdır. Torpaq payı olanlardan ta dərzilərə qədər həmin status əldə də bilmirlər və beləliklə həmin sığorta haqlarından məhrumdular. Hökumət qalib millətin vətəndaşları kimi bu siyasətə yenidən baxmalıdır.
 
4. Biz ötən həftə əmantələrin sıgortalanması ilə bağlı qanuna baxıb vətəndaşların banklara etibarını artırmaq üçün sıgorta olunan məbləğləri artırdıq. Bu yaxşı tədbirdir. Lakin bütün əmanətlərin 3.4 mlrd. manatı və ya 44%-i 100 000 manatdan yuxarı əmanət hesablarındadır. Bu hesablar bütün əmanət hesablarının təxminən 1%-dir. Əmanətlərin  qalan 56%-i (4.4 mlrd. manat) və ya bütün əmanət hesablarının 99%-i isə 100 000 manatdan aşağı məbləğlərdir. Bu gəlirlərin qeyri-bərabər bölgüsünün göstəricisidir və hələ də orta təbəqənin formalaşdırlma bilməməsinin göstəricisidr.Hökumət əsas siyasəti bu fərqləri aradan qaldırmaqdır.
 
5. İcra hakimiyyəti sistemində hökm sürən özbaşınalıq, rüşvət və korrupsiyanın sistemli bir formada aparılması ən ciddi problemlər sırasındadır. Biz Sosial tədqiat Mərkəzi xətti ilə aparılan sorgularda bunu çox kəskin şəkildə hiss edirik. 7 rayonun icra hakimiyyətinin rəhbərinin həbsi böyük hüquqi, siyasi, iqtisadi və eləcə də mənəvi baxımından dövlət-hökumət qarşısında ciddi çağırğışdır-İcra hakimiyyəti sistemində köklü dəyişiklirərə ehtiyac var. 7 rayon əhalisi 600 mindən artıqdır..100 minlərlə əmək ehtiyatı və iqtisadi potensialı var..Nə üçün olmalıdır..
 
6. Səhiyyə xərcləri 1.4 milyard manat müəyyənləşib. Bu yaxşıdır-pisdir, o ətrafda diskusiya aparmaq olar, Lakin  bildiyiniz kimi, cov-19 gənc insanlara-təkcə aşağı gəlirli insanlara deyil, orta təbəqəyə, imkanlı adamlara, hakimlərə, icra başçısına, tanınmış vəkilə, həkimlərə, bir sözlə hər təbəqədən olan insanlara rəhm etmir.
Biz problemi millətin bir hissəsinin aşağı “imkanına”  bağlayanlara deməliyik: o  dediyiniz adamlar 44 gündə bütün çətinliklərə şərəflə sinə gərərək Ali Baş Komandanın çağırışilə səfərbər olundular, düşmənin üzərinə getdilər, eləcə də arxa cəbhədə tikəsini səngərlə bölüb, övladlarını şəhid verib Ermənistan adlı Şərə qalib gəldilər. 
 
Ali Baş Komandan öz  silahlı və ya silahsız ordusu ilə bütün cəbhələrdə vuruşur, qoy o adamlar da, Prezidentin siyasi qətiyyətinə, misilsiz zəhmətinə və qarşılarına qoydugu vəzifələrə layiq olsunlar!
Prezident qəhrəman şəhidi üçün ayaga qalxır. Bizim hər birimiz Səhiyyə qurumlarını xəstəxanalarda, yaxud elə hərbi səngərdə o cür görmək istəyirik.
 
Prezident hər bir fədakar həkim üçün ayağa qalxır. O həkimlər ki, gerçəkdən də hər cür ehtirama layiqdilər, gecə-gündüz çalışırılar. Vuruşurlar..Lakin düzgün idarəçilik olmalıdır. Əvvəllər kimsə deyə bilərdi ki, təcrübə yox idi, lakin artıq  müəyyən standartlar formalaşıb, hər gün maaifləndirmə, xalqla səmimi ünsiyyət, kommunikasiya olmalı, tədbirlər düzgün həyata keçirilməlidir. İndiki kimi üç yerə bölünmə yox, vahid bir qurum bu mübarizəyə başçılıq etməlidir.
 
Səhiyyə, TƏBİB sisteminə güvənc aşağıdır. Halbuki inam hissi böyük qüvvədir. Məgər biz müharibədə ordumuza ən yüksək etimada görə qalib gəlmədikmi!
 
Başa vurdugumuz ildə 3 dəfə sərt karantin rejiminə keçərkən dövlətin və millətin 10 milyardlarla manat ziyanları üzərinə aldıgını hamı görməlidir. Vətəndaşlar deyir, elə mübarizə aparırsınızsa, dərmanların qara dövriyyəsini təşkil edənləri cəzalandırın. 6 manata olan kleksanı 60 manata, 40 manata olan favir-piraviri “qara bazar”da 500 manata satırlar. Necə ki, ordunun silahının qanunsuz satılması Hərbi Tribunal qaydasında ən agır cəzaya layiqdir, xəstəxanalara verilən dərmanları da ələ keçirib, onu çarəsiz durumda olan xəstəyə 20-30 dəfə baha satmaq Qələbəmizə kölgə salmaqdır, ən ağır cinayətdir. 
 
 
Ölkəmizdə hazırda 5 ilədək istismar müddəti ümumi minik avtomobillərindəki payı 4,2%-ə düşüb. 10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi kəskin şəkildə artıb – 77,3%. Əvvəlki illərdə nisbət fərqli olub. Bunu gömrükdə maşın idxalı üçün şərtlər-vergi yükü ilə əlaqəli olduğunu demyə bilrk, eləcə də devalvasiyanın törətdiyi social təsirlərlə baglaya bilərik.Ona görə də gələn il bu şərtlərə yenidən baxılması qətiyyən gəlirləri azaltmayaacq, eləcə də işğaldan azad olunan ərazilər belə nəqliyyat vasitələrinə ehtiyacı təsdiq edəcək.
 
-Biz 2015 ci ildə qəbul olunmuş Strateji yol xəritəsinin dəyişdirilməsi üçün Şanlı Qələbəmizdən sonar böyük milli çağırışların formalaşdırldığını deyə bilərik. Ordumuzun daha peşəkar əsaslara keçirilməsi-məsələn Xüsusi təyinatlı Ordu nümunəsində onun sayının və təminatlarının artılmasından tutmuş, iqtisadi, siyasi, social şərtlərə yenidən baxılmasına ehtiyac var. Yeni strateji yol xəritəsi qəbul olunması o deməkdir ki, keçmişdə Qarabağ ugrunda aparılan mübarizəyə uygunlaşdırılmış ideologiya, xarici siyasət və daxili tədbilərə köklü dəyişikliyə ugrayacaqdır. Yeni imic—qalib ölkənin həyatı və büdcəsi..
 
-Sərhəd xəttimizi-Vətənimizin hüdudlarını yenidən qazanmışıq. Biz gördük ki, Sərhəd uniformalı qüvvələrimiz ordumuzla bərabər səngərdə döyüşürdülər, xilsakralıqda iştirak ediridlər. Ona görə  Sərhəd  Sistemində xidmət edənlərin sosial müdafiəsi gücləndirməyə ehtiyac var ki, onlar yenidən qazanılmış 800 kilometrdən artıq əraziləriizi göz bəbəyi kimi qoruya bilsinlər! 

 

 
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code