Bu gün Cənab Prezident İlham Əliyevin ad günüdür!

0
15

                               Möhtərəm cənab Prezident,

Sizi-Azərbaycanın xalqının sevimli oğlunu, Müzəffər Dövlət Başçısını  doğum günü ilə əlaqədar təbrik edirəm. Siz, sadəliyi ilə seçilən Dövlət Başçısısız.Çıxışlarınızda dəfələrlə söyləmisiz ki,  “…Mən, xalqın xidmətçisiyəm!” Biz, Sizinlə qürur duyuruq. Nəzərinizə çatdırıram ki, mən, müharibə veteranıyam, 1991-ci ildən ölkə mətbuatında çalışıram. Sizin imzaladığınız Sərəncamlara əsasən “Tərəqqi” medalına və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018)” yubiley medalına layiq görülmüşəm. 1988-ci illdən Bakı şəhərində pasport qeydiyyatındayam. Təəssüflər olsun ki, hələ də hazır yaşayış sahəsi ilə təmin edilməmişəm. Xahiş edirəm, Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün inşa olunan Binalardan birində mənim hazır yaşayış sahəsi ilə təmin olunmağım üçün tapşırıq verəsiniz.

Hörmətlə,

Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı.

Bakı, 24.12.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code