Zəngəzur ətrafında şok gəlişmə – Gərginlik pik həddə çatdı

0
48

Ermənistan hakim “Mənim addımım” blokunun millət vəkili, Sünik bölgəsindən (Zəngəzur) parlamentə seçilən Tiqran Karapetyan mandatından imtina edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Karapetyanın özü açıqlama verib.

“Hörmətli Sünik sakinləri, mənə inandığınızı bildirərək bir mandat verdiniz və xahişinizlə deputat mandatımdan istefa etdim. Ümidimizi itirməyə haqqımız yoxdur. Yenidən özümüzdə güc tapmalı və yaşamağa davam etməliyik. Sünik Ermənistanda qalacaq. Allah Ermənistanı qorusun”, – Karapetyan qeyd edib.

Əlavə edək ki, bir neçə həftədir Zəngəzurda bu bölgənin Azərbaycanın nəzarətinə keçəcəyi ehtimalı ilə bağlı etirazlar gedir.

Etirazçılar Nikol Paşinyan hökumətinin Azərbaycanla gizli sövdələşmədə və bölgənin gələcək taleyini təhlükəyə atmaqda ittiham edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code