Siyasətdə kişi sözü – Ərdoğan və Türkiyəyə sanksiyalar barədə…

0
51

Ekspert: “Türkiyə güvənli tərəfdaş kimi sözünün üstündə durdu, Moskva bunu qiymətləndirməlidir”

ABŞ-ın Türkiyəyə qarşı bir neçə gün öncə qəbul etdiyi sanksiyaların qardaş ölkəyə necə təsir edəcəyi və bu iki ölkənin müttəfiqliyinə son verib-verməyəcəyi məsələsi ətrafında müzakirələr, təhlillər davam edir.

Siyasi analitik Yeganə Hacıyeva “Yeni Müüsavat”a şərhində bildirdi ki, ümimiyyətlə, ABŞ-ın xarici siyasətinin alətlərindən biri də dövlətlərə qarşı sanksiyalarla onları yönləndirmə cəhdidi: “Bunun üçün CAATSA-Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə qanunu mövcuddur və bu qanun  çərçivəsində daha öncə 2 dəfə  Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Birinic dəfə Suriyada hərbi əməliyyatlar, ikinci dəfə Fətullah Gülənlə əməkaşlıq edən pastorun  həbsi ilə bağlı sanksiyalar. İndiki sanksiyalar ABŞ-ın CAATSA-Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə qanunu  çərçivəsində Türkiyəyə tətbiq etdiyi sanksiyaların sayca üçüncüsüdür. Əvvəlkilər sanksiyaların icrasını həyata keçirən  OFAC-Xarici Aktivlərə Nəzarət Ofisi  Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Enerji Naziri Fatih Dönmez, Ədliyyə naziri Abdulahmit Gül, Daxili işlər naziri Süleyman Soyluya sanksiyalar tətbiq etmişdir. Budəfəki  sanksiyaları ABŞ Dövlət Departamenti Rusiyanın S-400 Triumf zenit raket komplekslərinin alınması səbəbiylə Türkiyənin dövlət müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Bu mövzuda diqqətə alınmalı əsas məqam ABŞ-ın bu sanksiyaları, NATO-nun ən yaxın müttəfiqlərindən biri olan Türkiyə rəsmilərinə qarşı tətbiq etməsidir.

ABŞ S-400 zenit raket komplekslərinin əldə etməsinə görə Türkiyəyə qarşı sanksiya tətbiq olunması məsələsini keçən ilin yazından nəzərdən keçirirdi”.

yegane.jpg (67 KB)

Yeganə Hacıyeva

Ekspert dedi ki, ötən il ABŞ Dövlət Departamentinin Ankaraya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini alacağı təqdirdə “ciddi mənfi nəticələrin olacağı” haqda xəbərdarlıq etmişdi: “ABŞ Ankaraya Moskva ilə sövdələşməni pozmaq və  S-400-lərin əvəzinə Amerikanın ”Patriot” raket əleyhinə müdafiə sistemlərini alması üçün ultimatum da göndərmişdi. Türkiyə isə milli maraqları nəyi tələb edirsə o istiqamətdə hərəkət eləməkdə davam etdi və edir”.

Ekspert qeyd etdi ki, Rusiya istehalı S-400 zenit-raket kompleksinin əldə edilməsi  tərəflər üçün hərbi və iqtisadi sazişdən daha çox siyasi sənəddir: “Türkiyə çox rahat Rusiya istehsalı  S-400 zenit-raket kompleksini əldə etməsindən imtina edib NATO standartlarına uygun ”Patriot” və THAAD raket əleyhinə komplekslər əldə edə bilərdi. Amma Rusiya ilə əməkdaşlıq və imzalanmış saziş üzərindən sanksiyaları gözaltına alıb, güvənli tərəfdaş kimi sözünün üstündə durur”. Qeyd edək ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla bağlı maraqlı fikirlər səsləndirib. “İndi Ərdoğan ilə bəzi məsələlərdə fikir ayrılığı var. Bəzən hətta tam əks fikirlərimiz olur. Amma o, dediyi sözün üstündə dayanan adamdır, kişidir. Öz ölkəsinin xeyrinə olduğunu düşünürsə, sona qədər gedir”.

Bəs, Rusiya bu fədakarlığı hansı səviyyədə anlaya və Türkiyəyə münasibətdə eyni yanaşma tətbiq edərmi? 

Ekspert: “Bu, ayrı mövzudur. Türkiyə sanskiyaların tətbiqindən yaranan hərbi sənaye ehtiyaclarının ödənilməsində  alternativ variantları haqqında düşünə bilər. Məsələn,  ABŞ F-35 proqramına üzvlüyünü dayandırdıqdan sonra Rusiyanın SU-35 təyyarələrinin alınması mümkündür. Rusiyanın Türkiyəni ABŞ-dan əldə etmədiyi əməkdaşlıqla təmin etməyə nə dərəcədə qadir olması ayrı bir mövzudur.

Keçən il avqust ayında “Rostec” dövlət korporasiyasının rəhbəri Çemezov, Moskvanın Ankaraya çox məqsədli Su-35 qırıcılarını satmağa hazır olduğunu söyləmişdi. Sanksiyalar nə qədər davam edəcək sualına  gəlsək, fikirləşirəm ki, sanksiyalar çox da uzun davam etməyəcək. Yaxın Şərq və ya diğər ümümu maraq regionlarında ortaq bir razılaşma əsasında tezliklə ləğv olunacaq. ABŞ üçün həyati əhəmiyyətli Yaxın Şərq regionunda ABŞ-ın və  NATO-nun tək müttəfiqi Türkiyədir. ABŞ Türkiyənin müttəfiqi olaraq qalacaq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code