İlham Əliyevin bu sözləri İrəvanı qarışdırdı – Ölkədə QARŞIDURMA YARANDI

0
53

Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı Ermənistanı qarışdırıb.

Publika.az
 xəbər verir ki, Azərbaycan Prezidenti Ermənistanın danışıqlar prosesini pozması və müharibə şəraiti yaratmasından, 44 günlük müharibədən və böyük zəfərimizdən danışıb.

Prezident İlham Əliyevin səsləndirdiyi bir fikir isə İrəvanda siyasi qarşıdurmanın mövzusu olub.

Azərbaycan lideri bildirib: “Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizi məhv edilib… İndiki Ermənistanı, onun indiki ordusunu Paşinyan yaratmayıb. Bunu onu Sarkisyan və Koçaryan yaradıb”.

Ermənistan mediası İlham Əliyevin bu fikirlərini baş nazir Nikol Paşinyana qarşı tirajlayır.

“Əliyev Paşinyanı dəstəklədi” – əsas tezis belədir.

Qeyd edək ki, müharibə dövründə və müharibədən sonra Ermənistanın daxili siyasi qarşıdurmasında müxalifətlə hakimiyyətin bir-birinə qarşı irəli sürdüyü ittihamlarda Prezident İlham Əliyev fikirləri xüsusi yer tuturdu.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code