Bayden Rusiyanı hədələdi: “Əvəzini ağır ödyəcəksiniz” – Sərt ittiham

0
41

“Son günlər hakerlərin əsas hədəfi ABŞ-ın federal hökumət qurumları və şirkətləridir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Xəzinə, Maliyyə və Daxili İşlər nazirliklərinə edilən haker hücumları ilə bağlı deyib.

“Rəhbərlik edəcəyim komanda üçün prioritetlərdən biri kiber təhlükəsizliyi gücləndirmək olacaq, işə başlayar-başlamaz bu problemlərlə məşğul olacağam. Ancaq yaxşı bir müdafiə kifayət etmir, ilk olaraq düşmənlərimizi başa salmalıyıq, bunun edənlər əvəzini ağır ödəyəcəklər”, – Bayden qeyd edib.

Bundan əvvəl ABŞ hökumətindən kiberhücumların arxasında Rusiyanın kəşfiyyat xidmətinin durduğu bildirilib. Rusiya isə iddiaları rədd edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code