Akardan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: Generallarımız hazırdır

0
46

“Böyük qardaşlıq nümunəsi göstərərək əməkdaşlıq, logistika mövzusunda dəstək verdik və işğal altındakı torpaqlar azad olundu”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

O, Rus-Türk Birgə Mərkəzinin Ağdamda yerləşəcəyini xatırladıb: “Ruslar ilə birgə mərkəzin yeri müəyyənləşib: Ağdamda olacaq. İnşaat işləri aparılır. Başlarında olacaq generalımız və digər hərbi heyətimiz hazırdır. Əlavə olaraq, oraya partlayıcı mütəxəssislərimizi göndərdik. Ümumilikdə, 100 nəfər. 2 xüsusi mina axtarış komandası var. Təlim də keçəcəklər”.

Akar qeyd edib ki, Qarabağda atəşkəsə böyük ölçüdə əməl olunur: “Ruslar sülhü qorumaq çərçivəsində oradadırlar. “Ruslar bölgədə Türk əsgərlərini istəmirmiş” kimi bir məsələ yoxdur, onlar “Türk əsgərinin varlığı Türkiyə-Azərbaycan arasındakı mövzudur” dedilər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code