“Bayden Ərdoğandan üzr istəməli oldu” – Durum Ankaranın lehinədir

0
18

“ABŞ-ın yeni Prezidenti Co Bayden sürətlə dəyişən Yaxın Şərq, Çinlə gərgin münasibətlər və Amerikanın maraqları ilə əlaqəli bir çox aşağı səviyyəli qarşıdurmalarla qarşılaşacaq. Ən vacib xarici siyasət hədəflərindən biri də Türkiyə lideri Ərdoğanla yaxınlaşması olacaq. Bayden administrasiyasının münasibətləri necə tarazlaşdırmaq bacarığı bu vacib müttəfiqlə gələcək münasibətləri müəyyənləşdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı siyasi ekspert Kristofer Miller deyib.

O, “S-400”, PKK/YPG, Şərqi Aralıq dənizi, Liviya, “Xalq Bank”ı məhkəməsi və Türkiyənin Suriyadakı əməliyyatları iki ölkə arasındakı ən əhəmiyyətli mövzu olaraq qalacağını bildirib:

“Yeni prezident açıq bir şəkildə bu münaqişələrin əksəriyyətində Türkiyəyə qarşı olduğunu bildirib. Məsələn, Türkiyənin Suriyadakı əməliyyatlarına gəldikdə, Bayden kürdlərdən imtina etməyəcək. Baydenin dövlət katibi olaraq seçdiyi Antoni Blinken uzun müddət Amerikanın Suriyaya müdaxiləsini müdafiə edib. Bu, kürd məsələsinə daha çox dəstək verilməsi və Ərdoğana təzyiq deməkdir. Amma ABŞ Türkiyəni Qərbə daha da özgələşməsinə imkan verməməlidir. Ankaraya sərt təzyiqlər onu Rusiya və Çinə daha da yaxınlaşdıra bilər. Buna görə də, Bayden dövründə Türkiyə ilə yaxşı münasibətlər Amerikanın strateji hədəfləri baxımından əhəmiyyətli olacaq.Türkiyə iqtisadi cəhətdən üç qitəni əhatə edir və əsasən ticarətdə hər sahədə bir körpü rolunu oynayır”.

Miller qeyd edib ki, güclü müdafiə sənayesi və müasir ordusu olan Türkiyə Amerika üçün güclü müttəfiq deməkdir:

“Türkiyə də Körfəzdədir və ərəb dünyasında diplomatik nailiyyətlərin əldə olunmasında rol oynaya bilər və Körfəzdəki mübahisələrə kömək edə bilər”.

Miller topun indi Amerikanın meydanında olduğunu və iki ölkə arasındakı əlaqələri gücləndirmək təşəbbüsünün Vaşinqtonun yeni rəhbərliyində olduğunu bildirib.

O, Baydenin bu cümlələrlə Ərdoğandan üzr istəməsi hadisəsini də xatırladıb:

“2014-cü ildə ABŞ-ın ikinci vitse-prezidenti olanda Bayden Ərdoğanın İŞİD-in yaranması ilə əlaqəsi olduğunu iddia etdi və daha sonra bu açıqlama üçün açıq şəkildə üzr istəməli oldu”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code