Bakıda gecə şok olay: Metronun yerini soruşan qadını aldadıb… – Təfərrüat

0
27

Bakıda qadına təcavüz etməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Ruslan Loktionovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ruslan Loktionov 15 yanvar 2019-cu il tarixdə saat 23 radələrində “28 May” metrostansiyası yaxınlığında gəzərkən əvvəllər də bir-iki dəfə rastlaşdığı Səidə Babayevanın Xəqani küçəsi istiqamətində hərəkət etdiyini görüb.

Yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Ruslan cinsi ehtirasını ödəmək üçün Səidəyə yaxınlaşıb. O, Səidəyə dönər ala biləcəyini təklif edib.

Təklifi rədd edən qadın yoluyla getməyə başlayıb. Ruslan onu təqib edib. Metronun yolunu tapa bilməyən Səidə ondan metronun yerini soruşub.

Ruslan Loktionov yolu göstərəcəyi adı ilə aldadaraq onu gecə saat 1 radələrində insanların daha az hərəkət etdiyi Nizami küçəsinə gətirib. Qadını avtoyuma məntəqəsinin arxasına keçirib.

Səidə Babayeva onun məqsədini başa düşüb və qaçmaq istəyib. Ruslan Loktionov onu tutaraq saxlayıb.

Səidə Babayeva müqavimət göstərmək məqsədilə onun üzünü cırmaqlayıb. Ruslan Loktionov bundan istifadə edərək Səidə Babayevaya qarşı rəhmsizlik göstərib, şillə və yumruqla qadına bədən xəsarətləri yetirib.

Daha sonra Ruslan Səidə Babayevanı yerə yıxıb və zorla soyunduraraq onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Ruslan Loktionovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Loktionov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ruslan Loktionovun vəkili apelyasiya şikayəti verərək müvəkkilinin günahsız olduğunu qeyd edib. O, Ruslan Loktionovun barəsində bəraət verilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ruslan Loktionovun apelyasiya şikayəti təmin olunmayıb.

Ruslan Loktionovun vəkili bu qərardan narazı qalıb və kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda elan edilib. Ruslan Loktionovun vəkilinin verdiyi kasasiya şikayəti qismən təmin olunub. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.

Ruslan Loktionovun barəsində olan cinayət işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə daxil olub.

Şikayətə bu dəfə baxılması üçün hakim Mirzəli Abbasovun icraatına verilib. Yaxın günlərdə şikayət əsasında məhkəmə başlanacaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code