12 dekabr-dahi şəxsiyyət Heydər Əliyevi anma günüdür!

0
27

Dəyərli dostlar, söhbətin əvvəlində XX əsrin əvvəllərində fəaliyyət göstərmiş inqilabçı şair və dramaturq Hüseyn Cavidin 2 misrasını xatırlatmağı özümə borc bilirəm:

“Kəssə hər kəs tökülən qan izini,

Qurtaran Dahi Odur Yer üzünü…”

1994-cü il mayın 10-da döyüşən tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına nail olan H.Əliyev Azərbaycan iqtisadiyyatının dirçəlməsi, Silahlı Qüvvələrimizin yenidən formalaşdırılması, cəbhə xəttində itkilərin sayının azaldılması üçün zəruri addımlar atdı. Nəticə etibarı ilə 2020-ci il noyabr ayının 10-da Heydər Əliyevin siyasi varisi İlham Əliyev Azərbaycanın qalib Baş Komandanı kimi tarixə düşdü.

12 dekabr Heydər Əliyevi anma günüdür. Mən, rəhbərlik etdiyim Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları, həmçinin, medonline.az saytı və eyni adlı İnternet Televiziyasının əməkdaşları adından Ulu Öndər Heydər Əliyevin doğmalarına və qədirbilən Azərbaycan xalqına başsağlığı verirəm. Ruhu şad olsun.Amin.

Hörmətlə,

Şamil Sabiroğlu (Ələkbərli),

Vətən müharibəsi veteranı.

Bakı şəhəri, 12.12.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code