Aydın Mirzəzadədən banklarla bağlı vacib çağırış: “Qadağan edilməlidir”

0
24

“Bankların borca görə vətəndaşın evini əlindən alması məsələsi qadağan edilməlidir”.

Musavat.com xəbər verir ki, bu çağırışla parlamentin bugünkü iclasında deputat Aydın Mirzəzadə çıxış edib.

A.Mirzəzadə bu məsələ ilə bağlı ona çox sayda müraciətlərin olduğunu deyib: “Qoy insanlar o pulu 1 ilə deyil, 5-10 ilə qaytarsınlar. Amma insanların son sığınacağını, evini əlindən almaq olmaz. İnsanlardan heç biri banka olan borcu qaytarmayacağını demir, müəyyən zamana hər biri qaytarar. Amma borca görə bankların insanların evini əlindən alması düzgün deyil, bu, qadağan edilməlidir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code