Zəfər paradının şifrələri: bir dövr qapanır, yenisi başlanır…

0
26

Bu gün keçirilən zəfər paradı təkcə Vətən müharibəsində qələbə qazanmağımızın nümayişi yox, həm də yeni dövrün başlanğıcıdır. Artıq biz qalib ölkənin vətəndaşlarıyıq, Azərbaycan Ordusu qalib ordudur. Zəfər paradı ilə bağlı bir neçə maraqlı məqam və verilən mesajlar diqqət çəkir.

10 dekabr: 1991-ci ilin bu tarixində ermənilər Dağlıq Qarabağda qanunsuz referendum keçirərək, “müstəqillik” elan etdi. 29 il sonra Azərbaycan məhz 10 dekabr tarixində zəfər paradı keçirir və bununla yanlış yazılmış tarixi düzəldir;

Hərbi qənimətlər: paradda düşməndən götürülmüş hərbi qənimətlərin nümayişi qələbənin simvolikası hesab oluna bilər.

1. Bu, Ermənistan üzərində hərbi-psixoloji zərbə effekti yaradır.
2. Bütün dünyaya, xüsusilə Ermənistanı müdafiə edən ölkələrə Azərbaycanın qələbəsinin əyani sübutu kimi təqdim olunur;

Ələ keçirilmiş və məhv edilmiş düşmən texnikasının dəyəri 4 milyard dəyərində qiymətləndirilir, bu, Ermənistanın dövlət büdcəsindən çoxdur: (Ermənistan bu texnikaları pulsuz əldə edib).

Türk əsgəri: 1919-cu il Azərbaycan Xalq Cümhuriyyətinin hərbi paradında türk əsgəri iştirak edirdi; 100 il sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycanın zəfər paradında yenə türk əsgəri iştirak edir;

Biz 100 il öncədə bir idik, 100 il sonra da birik, 100 il keçsə də, yenə bir olacağıq.

Bayrağın sirri: parada hazırlıq məşqlərində qardaş hərbçilərin önündə daşınan bayraq Türkiyə ordusunun Bolu 2. Komando Tuqayının bayrağıdır. Bu hərbi birlik və onun döyüş bayrağı Kipr döyüşlərində, PKK-ya qarşı mübarizədə, İraq əməliyyatlarında və Suriyada həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib. O bayrağı zəfər paradında nümayişi “Türkiyə Azərbaycanda, həm də bütün bölgədə artıq vardır” mesajının verilməsi deməkdir.

Yeni dövr başlanır: paradda Azərbaycan və Türkiyə prezidentlərinin deyəcəyi sözlər həm iki qardaş ölkənin, həm də bölgənin gələcəyinin necə dizayn ediləcəyini anlamağa imkan verəcək. Çünki Vətən müharibəsindən sonra bu, Ərdoğanın Bakıya ilk səfəridir və bu səfər bir mərhələnin qapanması, yenisinin açılması deməkdir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code