Ali Baş Komandan Zəfər Hərbi Paradını qəbul edir!

0
34

Bu gün Azərbaycanda Hərbi Paraddır. Allahın izni, Azərbaycanın Dövlət Başçısı və qədirbilən xalqımızın birliyi nəticəsində son 200 il ərzində erməni terrorçuları və onların havadarlarının başımıza gətirdikləri bəlalara azacıq da olsa son qoyuldu. Biz, Azərbaycanın haqq işinə dəstək duran dövlətlərin başçılarına, həmçinin diaspor fəallarımıza təşəkkür edirik.

Bu gözəl gün münasibətilə bütün Türk-İslam dünyasını, düşmənlər üzərində tarixi qələbənin qazanılmasında haqqı olanları, həmçinin, şəhid və itkin ailələrini təbrik edirəm!

Yeri gəlmişkən, Azərbaycanın havasını udub, suyunu içib – çörəyini yeyən, lakin, haqq işimizə dəstək durmayanlara ar olsun!

Hörmətlə,

Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş

redaktoru, Qarabağ qazisi.

Bakı, 10.12.2020.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code