Leyla Əhmədovanın adından qurbanlar kəsildi!

0
220

Rusiyanın Rostov vilayətində yaşayan sahibkar, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin Rostov vilayətindəki səlahiyyətli nümayəndəsi, Rusiyada fəaliyyət göstərən “Birlik” regionlararası konqresinin vitse-prezidenti Leyla Şəmşi qızı Əhmədova qısa müddətli səfərlə Azərbaycana qonaq gəlib. Leyla xanım Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu və Azərbaycan Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf  Fondunun rəhbəri, Qarabağ qazisi Ədalət Məhərrəmovla birlikdə Ümumilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdi. Daha sonra o, cəbhə bölgələrinə yollandı, Ordumuzun şəxsi heyəti qarşısında çıxış etdi. Xanım Leyla Əhmədova və onun dostlarının adından qurbanlar kəsildi. L.Əhmədova şəhid Ceyhun Mustafazadənin, şəhid-milliyyətcə rus olan Denis Proninin ailə üzvləri ilə görüşdü, həmçinin Vətən savaşı zamanı yaralanmış Goranboy rayon Zeyvə kənd sakini Seymur İsmayılov və onun doğmalarını ziyarət etdi. Leyla xanım Rostov vilayətində yaşayan Azərbaycanlılar adından onları salamladı. Tarixi qələbə münasibətilə şəhid və qazi ailələrini təbrik etdi.

Dekabrın 9-da Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu Leyla Əhmədova ilə görüşdü. Görüşdə qarşıda duran mühüm vəzifələr müzakirə olundu.

Sənan İmanov,

Şamilə Ələkbərli,

Günay Cabbarova.

Fotolar Arzuman Ağayevə məxsusdur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code